
Muxtar respublikamız yaxın günlərdə daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Ümumdünya Şahmat Federasiyasının qərarına əsasən, oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Hazırda beynəlxalq səviyyəli yarışa hazırlıq işləri davam etdirilir.
Olimpiada oktyabrın 1-dən 11-dək davam edəcək. Yarışın keçiriləcəyi Naxçıvan Şahmat Mərkəzində hazırlıq işləri yekunlaşmaq üzrədir.