Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində öldü

Ordumuzun zabiti bədbəxt hadisə nəticəsində öldü

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

N saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.

Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts