Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Gürcüstanda işgüzar səfərdədir.

Birinci 24.com xəbər verir ki, MN-dən verilən məlumata görə, Tbilisidəki Heydər Əliyev parkına gələn müdafiə nazirinin müavinləri burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıblar.

Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanı ziyarət edilib, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyulub.

Səfər çərçivəsində Gürcüstan Respublikası müdafiə nazirinin müavini Giorgi Xaindrava və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüş keçirilib.

Müdafiə Nazirliyində keçirilən görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Editor

Related Posts