Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tanınmış rəssam faciəvi şəkildə öldü – Foto

Tanınmış rəssam faciəvi şəkildə öldü – Foto

Neftçalada tanınmış rəssam yol qəzası səbəbindən dünyasını dəyişib.

Birinci 24 xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan rəssam Nurəddin Nəzərov motosikletlə balıq tutmağa gedərkən yol qəzası baş verib. Belə ki, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və kuzada olan N.Nəzərov yıxılaraq ağır xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 65 yaşlı rəssamın dəfələrlə fərdi sərgiləri təşkil olunub.O, yaradıcılıq fəaliyyəti dövründə rəssamlığın müxtəlif mənzərə, portret, batal, animalistik, tematik tablo janrına müraciət edib. Əsərlərindən “Sonuncu ev”, “Qız qalası”, “Kleopatra”, “Min bir gecə”, “Qoca balıqçı”, “Avtoportret”, “Qladiator” və s. rəsmlərini nümunə göstərmək olar.

Editor

Related Posts