Rusiya atom sualtı qayığı bazadan “yoxa çıxıb”. Bu barədə La Repubblica NATO-ya istinadən xəbər verir.
K-329 “Belqorod” gəmisində “reaktiv sunamiyə” səbəb ola biləcək nüvə başlıqlı 6 Poseydon torpedası var. Məsələ burasındadır ki, onlar istilik dalğası yaymadığından NATO sensorlarından yayına bilirlər. NATO Rusiya Federasiyasının Qara dəniz bölgəsində Poseydonu sınaqdan keçirə biləcəyindən ehtiyat edir. Buna görə də müttəfiqlərinə xüsusi kəşfiyyat hesabatı göndərib.