Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibov minaya düşüb.
Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub.
“Həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır”, – məlumatda deyilir.