Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Payız semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Payız semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, payız sessiyası ərzində 9970 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 673 nəfərin müraciəti natamam olub, 656 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1204 nəfərin müraciətinə imtina cavabı verilib, 117 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 7320 nəfərə TTK verilib. Onların arasından 2561 nəfərin müraciəti sosial TTK, 4759 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

admin

Related Posts