Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məmməd Araz yaradıcılığı Litva ədəbiyyat portalında

Məmməd Araz yaradıcılığı Litva ədəbiyyat portalında

Litvanın geniş izləyici auditoriyalı “rasyk.lt” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Məmməd Arazın ingilis dilinə tərcümə edilmiş “Müharibə olmasa” şeirinin yayımına başlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin ingilis dilinə tərcümə müəllifi – Kanada şairi və tərcüməçisi Patrik Vudkokdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “rasyk.lt” portalı mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Ceyn Ostin, Vladimir Nabokov kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

admin

Related Posts