Ermənistana Rusiya silahları gətirilib

Ermənistana Rusiya silahları gətirilib

Rusiya silahlarının bir partiyası artıq Ermənistandadır.

Birinci24.com “aysor.am” portalına istinadla xəbər verir ki, bu barədə bu gün, yanvarın 16-da “Azadlıq” radiosuna müsahibəsində hakim “Mülki Müqavilə” partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan bildirib.

Onun sözlərinə görə, Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində hərbi təyinatlı məhsullar bu yaxınlarda gətirilib və Ermənistana verilib.

Ermənistanın keçmiş müdafiə nazirinin müavini söhbətin hansı silahlardan getdiyini dəqiqləşdirməyib.

Editor

Related Posts