Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İstedadlı qadınların əl işləri maraqla qarşılanır

Heydər Əliyev Sarayında istedadlı qadınların və məhdud fiziki imkanlıların əl işlərindən ibarət sərgi-satışa ictimaiyyət nümayndələri ilə yanaşı, ayrı-ayrı kollektivlərin də marağı böyükdür.
Bu gün Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Mərkəzi Seçki Komissiyası, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Xidməti və digər qurumların kollektivləri, eləcə də Hərbi Liseyin kursantları sərgi-satışla tanış olub, müxtəlif hədiyyəlik əl işləri alıblar.

Kollektivlərə sərgi-satışa çıxarılan əl işləri və rəsm əsərləri barədə məlumat verilib. Bildirilib ki, sərgi-satışa şəhər və rayonlarda yaşayan istedadlı qadınlar, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, Heydər Əliyev Uşaq-Gənclər və Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvləri, ali təhsil müəssisələrinin qadın tələbə və müəllimləri, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar, məhkum qadınlar, eləcə də sərmayə kapitalı verilən qadınlar da olmaqla ümumilikdə 442 şəxsin 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb.

Kollektivlər muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələrinə xüsusi maraq göstərib, istedadlı qadınların əməyini yüksək qiymətləndiriblər.

admin

Related Posts