Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, emal müəssisəsində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların yararsız olduğu, dezinfeksiya işlərinin aparılmadığı, döşəmə və tavanın tamlığının pozulduğu, obliqat qrup işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyənləşib.

Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub, müvafiq məhdudlaşdırıcı qərar qəbul edilib.

Editor

Related Posts