Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən Culfa rayonunda “Sudan səmərəli və qanuni istifadə” ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən Culfa rayonunda “Sudan səmərəli və qanuni istifadə” ilə bağlı tədbir keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə mayın 21-də Culfa rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə, Culfa rayonunun yerli icra nümayəndələrinin, bələdiyyələrin və bu sahəyə məsul şəxslərin iştirakı ilə Sudan səmərəli və qanuni istifadə ilə bağlı tədbir keçirilib.

Tədbirdə Culfa rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Elmar Həsənov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov və Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov mövzu ilə bağlı çıxış ediblər.

Sonda mövzu ətrafında müzkirələr aparılıb və suallar cavablandırılıb.

Editor

Related Posts