Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 705,3 milyon manat (11%) artırılır.
Birinci24.com xəbər verir ki, Maliyyə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilir ki, müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421,0 milyon manatdan 7 milyard 126,35 milyon manata çatdırılması nəzərdə tutulub.