Bakıda havada tozun miqdarı normadan 3,2 dəfə çoxdur – Rəsmi

Bakıda havada tozun miqdarı normadan 3,2 dəfə çoxdur – Rəsmi

Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2,8-3,2 dəfə çoxdur.

Birinci24.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”.

Qeyd olunur ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3,5 dəfə yüksək olduğu qeydə alınıb.

Editor

Related Posts