“Araz-Naxçıvan” klubu yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bölgə təmsilçisi “Kəpəz”lə müqavilə müddəti başa çatan Elçin Əlicanovla razılığa gəlib.
Qeyd edək ki, yaxın günlərdə “Araz-Naxçıvan” yeni futbolçunu rəsmən ictimaiyyətə təqdim edəcək.