Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Vətən sevdalısı Ümid Novruzlunun xatirəsi anılıb

Vətən sevdalısı Ümid Novruzlunun xatirəsi anılıb

Birinci24 informasiya agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Vətən müharibəsi şəhidi gizir Ümid Novruzlunun anım tədbiri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev, şəhid Zülfü Rzayevin anası Mehparə Rzayeva, şəhid Ümid Novruzlunun bacısı Fərqanə Rəhimli və digər çıxış edənlər qəhrəman el oğlunun vətənə olan sevgisindən, şərəfli döyüş yolundan ətraflı bəhs edib, xatirələrini bölüşüblər.

Bildirilib ki, ürəyi vətən sevgisilə döyünən Ümid haqq savaşımız başlayan kimi döyüşə getməyə can atıb. O, təlimlərdə ayağından aldığı zədəyə baxmayaraq qəhrəman döyüş yoldaşlarını tək buraxmır və müharibəyə yollanır.

Qeyd edilib ki, döyüşlərdə dəfələrlə yaralansa da düşmənlə üz-üzə dayanan Ümid “Şuşaya zəfər bayrağını mən sancacağam” deyirdi. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən Ümid Novruzlu qəhrəmanca vuruşaraq Şuşanın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalır.

Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ümid Novruzlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”,”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Çıxışların ardınca Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm mükafatı” laureatı Alməmməd Eldar oğlu şəhidlərə həsr etdiyi kitablarını Şəhid Ümid Novruzlunun həyat yoldaşına təqdim edib.

Tədbir bədii hissə ilə davam edib.

Sonda “Yeni Era” Uşaq və Gənclər teatrının hazırladığı “Ümidlə görüş” kompozisiyasına baxış olub.

Editor

Related Posts