Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezident Paşinyanla bugünkü söhbətindən danışdı: “Yenə də cavab ala bilmədim”

Prezident Paşinyanla bugünkü söhbətindən danışdı: “Yenə də cavab ala bilmədim”

Azərbaycan Prezidenti kommunikasiyaların açılmasının mümkün sülh müqaviləsinin hissəsi olmadığını qeyd edib.

Bu sözləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.

“Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim. Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir”, – deyə Prezident bildirib.

Editor

Related Posts