Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Babək rayonunda və Şahbuz şəhərində baş verən yanğınlar söndürülüb

Babək rayonunda və Şahbuz şəhərində baş verən yanğınlar söndürülüb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Şıxmahmud kəndində ot bağlamalarında, Şahbuz şəhərində isə həyətyanı sahədə yanğın baş verməsi barədə məlumatlar daxil olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatlarla əlaqədar Babək və Şahbuz Dövlət Yanğından Mühafizə hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb.

Editor

Related Posts