Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Naxçıvanda motosiklet maşına çırpılıb, xəsarət alan var

Naxçıvanda motosiklet maşına çırpılıb, xəsarət alan var

Naxçıvanda motosiklet maşına çırpılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə Ordubad-Naxçıvan magistralında, Babək rayonu yol ayrıcında qeydə alınıb.

Culfa rayonu Ərəzin kənd sakini, 1975-ci il təvəllüdlü İbrahimov Müslüm Həsən oğlunun idarə etdiyi 72-A-274 dövlət nömrə nişanlı motosiklet Bayramov Əli Elxan oğlunun idarə etdiyi 67-BC-239 dövlət nömrə nişanlı “VAZ-21074” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində M.İbrahimov xəsarət alaraq Naxçıvan MR Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts