Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İstedadlı əllərin zərafəti

İstedad ilahidən gələn bir qüdrətdir. İstedaddan doğan düşüncələr əl əməyi, göz nuru ilə zaman-zaman ən gözəl incilərə, sənət əsərlərinə dönür.

Hər il payızın ilk aylarında Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının qapıları sənətsevərlərin, sənətə, əl işlərinə dəyər verənlərin üzünə açılır. Burada məhdud fiziki imkanlıların və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların keçirilməsi artıq ənənə halını alıb.

Möhtəşəm sarayın önündə qələbəlikdir. Hər kəs, hətta şəhərimizdəki qonaqlar da bir-birindən maraqlı və zövq oşayan işlərlə tanış olmağa, hədiyyəlik nələrsə almağa gəlirdi.

Dünyanın hər bucağından Naxçıvana gələn qonaqların da bura gələrək milli dəyərlərimizlə, Azərbaycan qadınının istedadı ilə daha yaxından tanış olması, özləri ilə hədiyyəlik nələrsə alıb yaşadıqları diyarlara aparması milli dəyərlərimizin uzaq, yaxın ellərdə də təbliğinə, yaşamasına vəsilə oldu.

admin

Related Posts