
Ötən gün Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə şagirdin döyülməsi məsələsi ilə bağlı Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin Daxili İşlər Nazirliyi araşdırmaların aparıldığı barədə məlumat yaydılar.
Övladının səhhətində bir problemin olmadığını deyən ata zorakılıq göstərən şagirdin cəzalandırılmasını tələb edir.
“İstəyirəm ki, həmin uşağa lazımi cəza verilsin. Məktəbdə daim özbaşınalıq edənlər və siqaret çəkənlər olur. Yeni direktor təyin olunduqdan sonra məktəbdəki problemlərin aradan qaldırılacağı deyilmişdi” – deyə o, əlavə edib.
Uşağın atası işin hazırda prokurorluqda olduğunu deyib. Eyni zamanda uşağa qarşı zorakılıq edən şagird də polis bölməsindədir.
Qeyd edək ki, uşaqda hansısa ciddi zədə və ya səhhəti ilə bağlı problem yoxdur.