Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tanınmış meyxanaçı vəfat etdi

Tanınmış meyxanaçı vəfat etdi

05.07.2024-cü il tarixində saat 04:54-də Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov (Elnur Valeh) dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib.

Qeyd edək ki, E.Əskərov 16 il müddətində şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alıb.

08:10

Tanınmış meyxanaçı Elnur Valeh dünyasını dəyişib. 

Bu barədə onun yaxınlarını məlumat yayıblar.

Bildirilir ki, sənətçi uzun müddətdir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi.

Elnur Valeh bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü və xəstəxanaya yerləşdirilmişdi.

Editor

Related Posts