Qazaxıstanın Aktau şəhərində “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib.
Bildirilib ki, hazırlıq mərhələsinin növbəti günündə Azərbaycan hərbçiləri ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər.
Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.