Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır” – Rubinyan

“Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır” – Rubinyan

“Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyə və tezliklə sülh müqaviləsi imzalamağa hazırdır”.

Birinci24.com xəbər verir ki, bunu 10-cu BRICS Parlament Forumu zamanı Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhəd xəttinin 12 kilometrə yaxın hissəsi artıq delimitasiya olunub və hər iki tərəfin sərhəd xidmətləri sərhədin müvafiq hissələrində yerləşir.

“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir iddiası yoxdur və delimitasiya prosesinin davam etdirilməsi, sülh müqaviləsinin mümkün qədər tez başa çatdırılması və imzalanması üçün konstruktiv və intensiv işə hazırdır”, – Rubinyan bildirib.

Rubinyan həmçinin bildirib ki, Ermənistan nəinki hazırdır, həm də regional kommunikasiyaların blokunu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlıdır. Onun sözlərinə görə, şübhəsiz ki, Cənubi Qafqazda iri infrastruktur layihələri region ölkələri və ondan kənar ölkələr üçün birləşdirici amilə çevrilə bilər.

“Bütün tərəflərin maraqlarını birləşdirməklə, bizim regionda əməkdaşlıq və tərəqqi üçün ilkin şərtlər yaratmaq üçün tarixi imkanımız olacaq”, – deyə siyasətçi qeyd edib.

Rubinyan deyib ki, Ermənistan siyasi dialoqun təkmilləşdirilməsi və beynəlxalq münasibətlərdə sabitliyin artırılması tərəfdarıdır. Onun sözlərinə görə, İrəvan bütün maraqlı tərəfdaşların bərabərhüquqlu və konstruktiv əməkdaşlığının tərəfdarıdır.

Xatırladaq ki, iyulun 11-də ABŞ dövlət katibinin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutub. Danışıqlardan sonra tərəflər sülh müqaviləsinin imzalanması baxımından irəliləyiş olduğunu açıqlayıblar.

Editor

Related Posts