Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Müdafiə naziri Qazaxıstana gedib

Müdafiə naziri Qazaxıstana gedib

Noyabrın 3-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Qazaxıstan müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində  Z.Həsənov Qazaxıstanın Müdafiə Nazirliyində görüşlər keçirəcək, hərbi təhsil müəssisələri və hərbi hissələrdə olacaq.

Mətbuat xidməti bildirir ki, görüşlər zamanı iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçiriləcək, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Editor

Related Posts