Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Muxtar respublikada fövqəlаdə hаllаra hazırlıq diqqətdə saxlanılır

Muxtar respublikada əhalinin, eləcə də dövlət və özəl sektorda çalışan kollektivlərin fövqəladə hallara qarşı hazırlığı diqqətdə saxlanılır. Xüsusilə payız-qış mövsümündə təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması daha çox gündəmə gəlir. Bu məqsədlə növbəti maariflləndirici tədbir Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları üçün təşkil edilib.

Tədbirdə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində həyata keçirilən tədbirlər, eləcə də muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələr, bu zaman davranış qaydaları barədə məlumat verilib.

Qeyd olunub ki, muxtar respublikamız seysmik zоnada yerləşir. Bu baxımdan hər bir təşkilatda mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallara hazırlığı diqqətdə saxlanılmalıdır.

Çıxış edənlər fərdi yaşayış evlərində qaz və elektrik cihazlarından düzgün istifadə, ilkin yanğınsöndürmə vasitələrinin istismarından, eləcə də dəm qazı, yaranma səbəbləri, ondan qorunma yolları, zəhərlənmə zamanı davranış qaydalarından danışıblar.

Diqqətə çatdırılıb ki, qaz təsərrüfatında təhlükəsizlik tələblərinin pozulması səbəbindən əhali arasında dəm qazından zəhərlənmə və boğulma hallarına rast gəlinir. Müəyyən olunub ki, bu cür hadisələrin əksəriyyəti yaşayış sahələrində müxtəlif növ məişət, qaz cihazlarının, o cümlədən suqızdırıcılarının quraşdırılması və istismarı zamanı vətəndaşlar tərəfindən texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən yaranır.

Mütəxəssislər suqızdırıcı cihazların düzgün quraşdırılması, onların istifadəsi, mütəxəssislər tərəfindən vaxtında texniki baxışın keçirilməsi, hansı səbəblərdən sıradan çıxması və dəm qazından yaranan zəhərlənmələr, həmçinin yaşayış evlərində dəm qazının olduğunu bildirən cihazın quraşdırılmasının vacibliyi barədə məlumatları əyani izah ediblər.

Tədbirdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, mövzularla bağlı slayt və videomaterial nümayiş olunub.

admin

Related Posts