Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ümumdünya Şahmat Olimpiadasında sonuncu turun oyunları keçirilib

Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

“Türkiyə-Red” komandasının çempionluğu ilə başa çatan olimpiadanın son turu maraqlı oyunlarla yadda qalıb. Sonuncu turda “Azərbaycan-Naxçıvan” komandası “CAR-3” komandası ilə üz-üzə gəlib. Hüseyn Seyid, Rza Həsənli, Rəcəb Abdullabəyli və Nazlı Hümbətova dördlüsü ağ-qara masanı qələbə ilə tərk ediblər -4:0. Qeyd edək ki, olimpiadada Hüseyn Seyid 9 oyundan 6,5 xal toplamaqla, fərdi oyunlarda ən çox xal toplayan zəka sahiblərindən biri kimi adını tarixə yazdırdı. Sonuncu turda “Azərbaycan-1” komandası “Türkiyə-Anatolia” komandası ilə qarşılaşıb. Görüş komandamızın 2,5:1,5 hesablı qələbə ilə başa çatıb. “Azərbaycan-2” komandası “Özbəkistan-2” komandası ilə 18-ci masada xalları yarı bölüblər-2:2. “Şri-Lanka” yığmasını sınağa çəkən “Azərbaycan-4” komandası son turda qələbəyə sevinib-3:1. “Azərbaycan-3” komandası isə “İngiltərə” millisi ilə görüşdə “sülh”ə imza atıb-2:2. “Azərbaycan-Sumqayıt” komandası son turu böyükhesablı qələbə ilə başa vurub. Onlar “Gürcüstan-2” komandası qarşısında çətinlik çəkməyiblər-4:0.

Olimpiadanın qalibi “Türkiyə-Red” komandası Hindistan yığmasını sınağa çəkib. Qardaş ölkə təmsilçilərinin qələbəsi həm də “Azərbaycan-1” komandasının mükafatçılar siyahısına düşməsinə yardımçı olub-3:1. “Özbəkistan-1” komandası son turda “Kuba” yığmasını məğlub etməklə, olimpiadada gümüş medalın sahibi olub -3:1.

9-cu turda keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Qazaxıstan”-“Gürcüstan-1”-3,5:0,5

“İran”-“Qırğızıstan”-3,5:0,5

“Moldova”-“Türkiyə-White”-1:3

“Kanada”-“Meksika”-2,5:1,5

“Monqolustan”-“Latviya”-2,5:1,5

“Banqladeş”-“CAR-1”-1,5:2,5

“Honqkonk”-“Malaziya”-0,5:3,5

“Livan”-“CAR-2”-2,5:1,5

“Panama”-“Misir”-4:0.

Qeyd edək ki, “Türkiyə-Red” komandası 9 turdan ibarət 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında mümkün olan 18 xalın hamısını toplamaqla, çempion adını qazanıb. Digər iki pillədə isə 15 xalla “Özbəkistan-1”, 13 xalla “Azərbaycan-1” komandaları qərarlaşıblar.

“Azərbaycan-Naxçıvan” komandası isə ötən olimpiadadan fərqli olaraq, bu dəfə xal ehtiyyatını bir qədər də artırmağa nail olub. 8 xal toplayan komandamız mötəbər yarışı 20-ci pillədə başa vurub.

admin

Related Posts