Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistanda ABŞ ordusunun nümayəndəsi fəaliyyət göstərəcək

Ermənistanda ABŞ ordusunun nümayəndəsi fəaliyyət göstərəcək

Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsi fəaliyyət göstərəcək.

Birinci24.com xəbər verir ki, bu barədə “Hetq” portalına müsahibəsində ABŞ dövlət katibinin vətəndaş təhlükəsizliyi, demokratiya və insan hüquqları üzrə müavini Uzra Zeya məlumat verib.

“Bu, ikitərəfli münasibətlərdə yeni strateji mərhələnin başlandığını göstərir. Biz mülki müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşməsini alqışlayırıq”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn ABŞ və Ermənistanın təhlükəsizlik və müdafiə məsələləri üzrə çox fəal və məzmunlu müzakirələr apardığını bildirmişdi. O, həmçinin ABŞ-nin Ermənistan Müdafiə Nazirliyinə müşavir təyin etmək niyyətində olduğunu qeyd etmişdi.

Editor

Related Posts