Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Lockheed Martin” bu il 110-a qədər təkmilləşdirilmiş F-35 buraxmaq niyyətindədir

“Lockheed Martin” bu il 110-a qədər təkmilləşdirilmiş F-35 buraxmaq niyyətindədir

Amerikanın “Lockheed Martin” şirkəti 2024-cü ildə 110-a qədər modernləşdirilmiş beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrini buraxmağı planlaşdırır.

Birinci24.com xəbər verir ki, bu barədə şirkətin dərc olunmuş bəyanatında deyilir.

Sənəddən bildirilir ki, “Lockheed Martin” 19 iyul 2024-cü ildə “Technology Refresh” 3 (TR-3) konfiqurasiyasında ilk F-35 təyyarəsinin tədarükünə başlayıb:

“Biz hər il 156 təyyarə istehsal etməyi və 2024-cü ilin ikinci yarısında ilk növbədə TR-3 konfiqurasiyasında 75 ilə 110 təyyarə tədarük etməyi gözləyirik”.

Qeyd edilir ki, TR-3 modifikasiyasına təyyarə proqram təminatının, eləcə də müxtəlif avadanlıqların yenilənməsi daxildir.

Pentaqonun məlumatına görə, modernləşdirilmiş F-35-lərdən biri Alabamadakı bazaya, ikincisi isə Nevada ştatına çatdırılıb.

Editor

Related Posts