Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aİ Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayırdı

Aİ Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayırdı

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirliklərinin rəhbərləri Ermənistana 10 milyon avro dəyərində hərbi yardım göstərmək qərarına gəliblər.

Birinci24.com xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

“Bu gün Aİ Şurası Ermənistana Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro məbləğində dəstək tədbirlərini təsdiqləyib”, – deyə bəyanatda qeyd edilib.

Bəayanata görə, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.

Öz növbəsində, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozef Borrell çadırların verilməsini Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım adlandırıb. O, bu əməkdaşlığın daha da inkişafına və Ermənistanın Aİ missiyalarında gələcək iştirakına ümid etdiyini bildirib.

Qeyd edək ki, Avropa Sülh Fondu həmçinin Aİ büdcəsindən Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün əsas kanaldır.

Editor

Related Posts