Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pezeşkiyanın prezident kimi təsdiq edilməsi iyulun 28-də baş tutacaq

Pezeşkiyanın prezident kimi təsdiq edilməsi iyulun 28-də baş tutacaq

“İyulun 28-də Məsud Pezeşkiyanın İran prezidenti vəzifəsinə təsdiq edilməsi mərasimi keçiriləcək”.

Birinci24.com “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Konstitusiyasının Keşikçilər Şurasının rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.

“Seçilmiş prezidentin səlahiyyətlərinin icra müddətinin rəsmi başlaması mənasına gələn 14-cü prezidentin təsdiqi mərasimi 1403-cü il 7 Mordad bazar günü (Qriqorian təqvimi ilə 28 iyul 2024-cü il tarixinə uyğun gəlir) baş tutacaq”, –Tahan Nazif bildirib.

Keşikçilər Şurasının nümayəndəsinin qeyd edir ki, mərasim zamanı İslam Respublikasının ali dini lideri Əli Xamenei müvafiq fərman imzalayacaq. Bu fərman imzalandığı andan İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, seçilmiş prezident öz vəzifələrinin bir hissəsini yerinə yetirməyə başlaya və hökumət daxilində icra hakimiyyətinin işlərinə qarışa bilər.

Bu prosedur İslam Respublikasının qanunlarına əsasən məcburidir və andiçmə mərasimindən əvvəl həyata keçirilir.

Editor

Related Posts