Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda qəza törədən xanım sürücü nalayiq hərəkət etdi – Video

Bakıda qəza törədən xanım sürücü nalayiq hərəkət etdi – Video

Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.

Birinci24.com xəbər verir ki, bu barədə Avtosfer.az-a məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.

Belə ki, 99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.

Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirilib ki, yayılmış görüntü ilə əlaqədar Bakı Şəhər Yol Polis idarəsində araşdırma aparılır.

Editor

Related Posts