Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan düşmənçilik səhifəsini bağlamaq istədiyini deyir

Ermənistan düşmənçilik səhifəsini bağlamaq istədiyini deyir

“Azərbaycanla düşmənçiliyə qalib gəlmək üçün tarixi məqamdan istifadə etmək lazımdır”.

Birinci24.com xəbər verir ki, bunu iyulun 29-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan kiprli həmkarı Konstantinos Kombos ilə keçirdiyi mətbuat konfransında deyib.

Düşmənçilik səhifəsini bağlamaq və mühüm yol ayrıcında yerləşən bütün regionu iqtisadi inkişaf və firavanlıq üçün daha yaxşı gələcəyə hazırlamaq üçün hazırkı tarixi andan istifadə etməliyik”,-deyə nazir Mirzoyan əlavə edib.

Ararat Mirzoyan həmçinin bildirib ki, Azərbaycanla sülh müqaviləsi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasının möhkəmləndirilməsini nəzərdə tutur.

Nazir bu il sərhədlər əsasında delimitasiyanın davam etdirilməsinin vacibliyini qeyd edib:

“Ermənistan bundan əlavə, sərhədyanı insidentlərin monitorinqi və silahlara nəzarət mexanizmlərinin yaradılmasını təklif edib. İrəvan hələ də onlara cavab almayıb”.

İyulun 25-də Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsi ilə bağlı təkliflərdən ibarət cavab paketi hazırladıqları haqda açıqlama yaymışdı.

Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.

İyulun 20-də İlham Əliyev bildirmişdi ki, sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb:

“Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir”.

Amma İ.Əliyev iki məsələnin hələ açıq qaldığını əlavə etmişdi:

Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb. Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda bu sahədə danışıqlar davam edir. Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Editor

Related Posts