Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xəzərdəki gəmidə dünən başlayan yanğın hələ tam söndürülməyib – Video

Xəzərdəki gəmidə dünən başlayan yanğın hələ tam söndürülməyib – Video

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

Birinci24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazilriyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar.

“Bundan əlavə, yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir.

Əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, sözügedən gəmidə yanğın ötən gün səhər saatlarından başlayıb.

Editor

Related Posts