Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Güləşçimiz qızıl medal uğrunda mübarizəni dayandırdı – Yenilənib

Güləşçimiz qızıl medal uğrunda mübarizəni dayandırdı – Yenilənib

Yunan-Roma güləşçimiz Sənan Süleymanov Olimpiya Oyunlarında qızıl medal uğrunda mübarizəni dayandırıb.

Birinci24.com xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Demeu Jadrayevə məğlub olub.

Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

***15:32
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Birinci24.com xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən idmançı buna 1/4 finalda macarıstanlı Zoltan Levanı məğlub edərək nail olub.

S. Süleymanov rəqibinə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib. Onun yarımfinaldakı rəqibi Qazaxıstan təmsilçisi Demeu Jadrayevdir.

Editor

Related Posts