Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“İki ildə oğlumun sağ olduğuna ümidliydim” – Nəşi tapılan hərbçimizin atası

“İki ildə oğlumun sağ olduğuna ümidliydim” – Nəşi tapılan hərbçimizin atası

İki il əvvəl Laçında itkin düşən hərbi qulluqçular – Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb.

Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər.

Nəşi tapılan hər iki hərbçimiz 2003-cü il təvəllüdlüdür.

Firdovsi Abdullayevin atası Mais Abdullayev bildirib ki, oğlu cümə axşamı günü Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.

O, iki il ərzində oğlunun sağ olduğuna ümidli olduqlarını deyib:

“Bu iki il ərzində oğlumuzun sağ olmasına ümidliydik. Ümumiyyətlə, onun tapılıb bizə təhvil verəcəyinə inanırdıq. Allah Prezidentimizin canını sağ eləsin! Qurumlara lazımi tapşırıqlarını verdi, nəticədə, uşağımızı tapıb bizə verdilər”. 

M.Abdullayev oğlunun güləşçi olmaq istədiyini bildirib:

“Mənim oğlum güləşçi idi. Medalları da var. Goranboyda da, Türkiyədə də güləşib. Daha sonra qaydasız döyüşlə məşğul olmağa başladı. Həmişə də deyirdi ki, istəyirəm güləşçi olam. Hərbi xidmət gedəndən sonra isə zabit kimi qalmaq istəyirdi”.  

Editor

Related Posts