Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əlincə məhəlləsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Naxçıvan şəhər Qaraçuq kənd sakini Əliyev Nəsir Cahangir oğlu 77-KY-516 dövlət qeydiyyat nişanlı “KIA Rio” markalı avtomobillə yolu keçən Seyidova Ofelya Mirabdulla qızını vurub.

Zərərçəkmiş Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Naxçıvan şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Editor

Related Posts