Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb

Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar artıb

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 7 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Cari ilin yanvar-iyul ayları ərzində ümumilikdə 72 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 38-i qeyri-yaşayış sahələri üzrə, 34-ü isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 7 ayı ərzində dövlət büdcəsinə 207,8 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artıb.

Editor

Related Posts