Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İşğaldan azad olunan rayonlarda açılan yeni iş yerlərinin sayı məlum oldu

İşğaldan azad olunan rayonlarda açılan yeni iş yerlərinin sayı məlum oldu

Bu ilin 2-ci rübü ərzində işğaldan azad olunan rayonlarda 292 yeni iş yeri açılıb.

Birinci24.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, ilin 2-ci rübü ərzində ən çox iş yeri Şuşa rayonunda açılıb. Bu rayonda 3 ay ərzində açılan yeni iş yerlərinin sayı 203 olub.

Ən az iş yerinin isə Xocalı və Zəngilan rayonlarında açıldığı bildirilirXocalı rayonunda 1, Zəngilan rayonunda 5 iş yeri açılıb.

Bu ilin 2-ci rübü ərzində yeni iş yerlərinin rayonlar üzrə sayı aşağıdakı kimi olub:

Şuşa r. – 203
Laçın r. – 147
Ağdam r. – 88
Kəlbəcər r. – 42
Qubadlı r. – 22
Xocavənd r. – 10
Füzuli r. – 14
Cəbrayıl r. – 6
Xankəndi ş. – 6
Zəngilan r. – 5
Xocalı r. – 1

Editor

Related Posts