Sumqayıtda döyüş sursatının partlaması zamanı ölən şəxsin kimliyi məlum olub.
Hadisə səhər saatlarında 8-ci mikrorayonda baş verib. 66 yaşlı Sergey Truxinin əlində əl qumbarası partlayıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

11:41
Sumqayıt şəhərində mənzildə partlayış olub.
Report xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.
APA-nın xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yaşayış binasında qeydə alınıb.
Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.