Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ Almaniyaya 5 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqlədi

ABŞ Almaniyaya 5 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Almaniyaya “Patriot” zenit-raket komplekslərinin 5 milyard dollarlıq mümkün satışını təsdiqləyib.

Birinci24.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bəyanat yayıb.

Sənəddən məlum olur ki, Almaniya əvvəllər ABŞ-dən göstərilən məbləğə 600-ə qədər “PAC-3 MSE” raketi və müvafiq avadanlıq tələb edib.

ABŞ tərəfi təsdiq edilmiş saziş çərçivəsində silah tədarükünün ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik maraqlarını təmin etdiyini, həmçinin, Almaniyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcəyini bildirib. “Raket satışı bölgədəki əsas güc balansını dəyişməyəcək”, – bəyanatda qeyd edilib.

Bundan əlavə, ABŞ Dövlət Departamenti İtaliyaya 738 milyon dollara altı MQ-9 pilotsuz uçuş aparatının və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib. Pentaqonun açıqladığı sənədlərdə qeyd edildiyi kimi, departament qeyd olunan avadanlıqların İsrailə satışı üzrə əməliyyatlar barədə çərşənbə axşamı Konqresə məlumat verib.

Editor

Related Posts