Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Orta İxtisas Polis Məktəbində ixtisasartırma kursunu bitirən 25 polis sahə inspektoruna sertifikatlar verilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ixtisasartırma kursunu bitirən polis sahə inspektorlarına sertifikatların verilməsi münasibətlə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Rəşad İsmayılov qeyd edib ki, bu günədək orta ixtisas polis məktəbini 55 kursant bitirib və daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin ediliblər. Məktəbin fəaliyyətinin əsas istiqamətlərindən biri də polis əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir. Bu məqsədlə bu ildən başlayaraq orta ixtisas polis məktəbində polis sahə inspektorları üçün bir aylıq ixtisasartırma kursu təşkil olunub. Kursa cəlb olunmuş 30 nəfərdən 25-i kursu müvəffəqiyyətlə başa vurub. Bu gün onlara sertifikatlar təqdim olunur. Qeyd olunub ki, ixtisasartırma kursunun əsas məqsədi əməkdaşların ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksədilməsini, təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən xidmət şəraitinə uyğunlaşdırılmasını, hüquq mühafizə fəaliyyətində fəal və səmərəli iştirakını təmin etməkdən ibarətdir.

Nazir qeyd edib ki, polis sahə inspektorlarının fəaliyyəti yenidən qurularaq muxtar respublikada bir icra nümayəndəsi, bir sahə inspektoru prinsipi əsas götürülür. Bu sahədə müxtəlif tədbirlər həyata keçirilib, sahə inspektorlarına xidməti çantalar və planşetlər təqdim edilib.

Nazir kursu bitirənlərə tövsiyələrini çatdırıb, onları təbrik edib, xidməti vəzifələrində uğurlar arzulayıb.

Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis mayoru Rahin Əmirov, Orta İxtisas Polis məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyevin çıxışları dinlənilib. Qeyd olunub ki, kursda əməkdaşlara müxtəlif fənlər üzrə tədris məşğələləri keçirilib. Məşğələ zamanı əsas diqqət daxili işlər orqanlarının inzibati fəaliyyəti fənninə ayrılıb, kursun sonunda həmin fəndən test imtahanı keçirilib. İxtisasartırma kursunda polis əməkdaşları nəzəri biliklərlə yanaşı, praktiki biliklərə də yiyələnib, sıra hazırlığı, atəş hazırlığı, kriminalistika və digər sahələr üzrə məşğələlərə cəlb ediliblər.

Sonra ixtisasartırma kursunu bitirən 25 polis sahə inspektoruna sertifikatlar təqdim edilib.

admin

Related Posts