
Futbol üzrə Azərbaycan I Divizionunun VII turu çərçivəsində “Araz-Naxçıvan”la “Turan Tovuz-2” komandaları qarşılaşıb.
Maraqla gözlənən qarşılaşmada oyuna sürətli başlayan “Araz-Naxçıvan” 8-ci dəqiqədə hesabı açıb. Qonaqların heyətində Faiq Hacıyev avtoqol müəllifi olub. Qoldan sonra hücuma atılan “Turan Tovuz-2” futbolçuları 40-cı dəqiqədə Sadiq Şəfiyevlə hesaba tarazlıq gətirib. İlk hissə bu hesabla yekunlaşıb: 1-1.
Oyunun ikinci hissəsi “Araz-Naxçıvan”ın tam üstünlüyü şəraitində keçib. “Qırmızı-ağlar” kəsərli hücumların nəticəsində 76-cı dəqiqədə yenidən hesabda irəli keçib. Komandanın heyətində Orxan Əliyev fərqlənməklə cari çempionatda vurduğu qolların sayını 7-yə yüksəldib. Bundan sonra da qarşılıqlı hücumlarla davam edən matçda başqa qol olmayıb. Bununla da Naxçıvan təmsilçisi çempionatda ardıcıl 7-ci qələbəsini rəsmiləşdirib. “Araz-Naxçıvan” – “Turan Tovuz-2” – 2:1.
Hazırda “Araz-Naxçıvan” 21 xalla çempionatın şəriksiz lideridir.