Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Muxtar respublikada payız aylarında 200 hektara yaxın ərazidə yaşıllaşdırma tədbirləri aparılacaq

Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı tapşırıqlar verilib. Tapşırıqların icrası məqsədilə nazirlik tərəfindən ərazilərə baxış keçirilib, salınacaq yeni yaşıllıqların yerləri müəyyən edilib, planları hazırlanıb. Bu planlar hazırlanarkən kənd təsərrüfatı əkinləri üçün yararsız olan, eroziya və şoranlaşmaya məruz qalmış ərazilərin və çay vadilərinin seçilməsinə üstünlük verilib.

Payız mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri tərəfindən 200 hektara yaxın sahədə 110 min meyvə və meşə tingləri, həmişəyaşıl, bəzək və gül kollarının əkilməsi nəzərdə tutulub. Yaşıllaşdırma tədbirləri zamanı 31 hektar sahədə meyvə və üzüm bağları, 1,5 ha sahədə yeni toxmacarlığın salınması, 85 hektar sahədə toxumla əkin, 76 hektar sahədə isə tinglə bərpa aparılması planlaşdırılıb. Qeyd olunan müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə aparılan yaşıllaşdırma tədbirləri 117 hektar ərazini əhatə edəcək.

Qeyd edək ki, hər il olduğu kimi bu il də nazirlik tərəfindən meyvə bağı salmaq istəyən fiziki şəxslərə təmənnasız olaraq tingçilik sahələrindən meyvə tinglərinin verilməsi həyata keçiriləcək. Məqsəd muxtar respublika ərazisində yaşıllıqların artırılmasına, eyni zamanda iqtisadi baxımdan meyvə bağlarının salınmasına nail olmaqdır.

admin

Related Posts