Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Cəlilabadda tarixi kəşf – 6 min il yaşı olan kurqanda hansı nümunələr aşkarlandı? – Foto

Cəlilabadda tarixi kəşf – 6 min il yaşı olan kurqanda hansı nümunələr aşkarlandı? – Foto

Cəlilabad rayonu ərazisində daha bir qədim yaşayış məskəni aşkar edilib.

Rayonun Muğan kəndi ərazisində olan abidə Göytəpə-Cəlilabad yolunun sol tərəfində yerləşir və təxminən 1 hektar ərazini əhatə edir.

Abidənin varlığı barədə isə yerli sakinlər müvafiq orqanlara müraciət ediblər. Müraciətə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin cənub regional idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Baxış zaman abidənin ən alt qatında Xalkolit və Tunc dövrünə, üst təbəqədə isə son orta əsrlərin maddi mədəniyyət nümunələrinə rast gəlinib.

“Küllütəpə” adlandırılan kurqanın tarixi-arxeloji əhəmiyyəti nəzərə alınaraq, həm onun dövlət qeydiyyatına alınması, həm də qorunması üçün işlərə başlanılıb.

Yeni aşkar edilən tarixi kurqanla bağlı yerli tarixçi Ələsgər Mirzəzadə məlumat verib:

“Bu yaxınlarda təsadüf nəticəsində çoxlu sayda külün aşkar olunması, səpələnmiş müxtəlif artefaktların görünməsi abidəni üzə çıxardı. Onun ətrafında digər abidələr də var. 3 il öncə həmin ərazidə yerli tarixçilər tərəfindən araşdırma aparılarkən, bu abidələrin nə qədər önəmli, əhəmiyyətli olduğunu dərk etmişdik. Abidə hələ ki, akademik səviyyədə öyrənilməyib. Külün aşkar olunması, sınıq saxsı parçalarına əsasən ehtimal etmək olar ki, ərazidə dulusçuluq sobalarından, yaxud Tunc və sonrakı dövrlərə aid təndirlərdən istifadə olunub. Yəni abidə çoxtəbəqəli də ola bilər”.







Editor

Related Posts