Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Növbəti iki gündə bəzi bölgələrdə isti hava şəraiti gözlənilir Növbəti iki gündə bəzi bölgələrdə isti hava şəraiti gözlənilir

Növbəti iki gündə bəzi bölgələrdə isti hava şəraiti gözlənilir Növbəti iki gündə bəzi bölgələrdə isti hava şəraiti gözlənilir

Avqustun 27-28-də bəzi bölgələrdə isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalının artdığını bildirib.

N.Mahmudov xidmət tərəfindən ölkə ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb: “Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir, Tərtərdə yüksək, Ağstafa, Naftalan, Ağdamda çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Şəkidə yüksək, Quba-Xaçmaz bölgəsində Quba, Qusarda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Yardımlı, Astarada yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”.

Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.

Editor

Related Posts