Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Meymunçiçəyi virusu mutasiyaya uğraya bilər” – Epidemioloq

“Meymunçiçəyi virusu mutasiyaya uğraya bilər” – Epidemioloq

“Meymunçiçəyi virusu, halların sayı artdıqca daha tez mutasiya edə bilər”​​​​​​​.

Birinci24.com xəbər verir ki, bu barədə TASS-a epidemioloq Gennadi Onişenko bildirib.

Həkim bildirib ki, infeksiyanın hava-damcı yolu ilə ötürülməyə başlaması ehtimalı var:

“İnsan nə qədər çox xəstələnsə, genetik sıçrayış bir o qədər tez baş verə bilər. İnsanlar xəstələnməyə və infeksiyanı bir-birinə qeyri-təbii yolla ötürməyə başladılar, lakin heç kim istisna etmir ki, onun klassik versiyada, məsələn, çiçək (ospa) xəstəliyi kimi, hava-damcı yolu ilə ötürülməyə başlayacaq”.

Onişenko həm çiçək xəstəliyinə, həm də meymunçiçəyi xəstəliyinə səbəb olan ortopoxvirusa (mpox) qarşı vaksinlərin hazırlanmasının zəruriliyini vurğulayıb.

Editor

Related Posts