Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistanda 2027-ci ildə konstitusiya referendumu keçirilə bilər

Ermənistanda 2027-ci ildə konstitusiya referendumu keçirilə bilər

“Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır”.

Birinci24.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.

“Bu o deməkdir ki, bu kompleks sənəd üzərində ictimai müzakirələrlə ətraflı iş aparılacaq. Biz bütün mütəxəssislərlə işləyəcəyik”, – Minasyan bildirib.

Nazir əlavə edib ki, hazırda konstitusiya islahatlarına baxılması adi qaydada davam edir. Lakin idarə rəisinin sözlərinə görə, yayda proses o qədər də intensiv olmayıb.

Minasyan qeyd edib ki, konstitusiya komissiyasının növbəti iclası sentyabrın 5-də baş tutacaq.

Xatırladaq ki, iyulun əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib. Onun sözlərinə görə, hazırda bu, respublika üçün “prinsipial problemdir”.

Editor

Related Posts