Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zəngilan Hava Limanına beynəlxalq status verildi

Zəngilan Hava Limanına beynəlxalq status verildi

Zəngilan Hava Limanına beynəlxalq status verilib.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq:

– Zəngilan rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Zəngilan Hava Limanına beynəlxalq status verilsin.

– Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Zəngilan Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Editor

Related Posts