Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan cüdoçuları Türkiyədəki turnirdə 2 qızıl, 4 gümüş medal qazanıblar

Naxçıvan cüdoçuları Türkiyədəki turnirdə 2 qızıl, 4 gümüş medal qazanıblar

Naxçıvan cüdoçuları Türkiyənin Samsun şəhərində keçirilən “XX Uluslararası Karadeniz Judo Şampiyonası” beynəlxalq turnirində 2 qızıl və 4 gümüş medal qazanıblar.

Birinci24 informasiya agentliyi xəbər verir ki, avqustun 30-dan sentyabrın 1-dək davam edən yarışda ev sahibi Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstandan ümumilikdə 700-dən çox idmançı qatılıb

Komandamız ümumi sıralamada üçüncü olub.

Naxçıvan Güləş Federasiyasının tərkibindəki cüdo yığmasının baş məşqçisi Orxan Quliyev və məşqçi Xəyal Qəhrəmanovun rəhbərliyi altında 10 idmançımız turnirdə iştirak edib. Onlardan 6-sı mükafatçılar sırasına düşüb.

Ziya Əsədli (26 kq) və Bilal Quliyev (30 kq) 13 yaşadək cüdoçular arasın mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Ayaz Əliyevlə (30 kq) Pərvin İsmayılov (34 kq) həmin yaş kateqoriyaslnda ikinci olublar. 15 yaşadək cüdoçular arasında çıxış edən Mətin Salahovla Sərxan Allahverdiyev də yarışı gümüş medalla tamamlayıblar.

Editor

Related Posts